—

Gənc oğlan həmyaşıdı tərəfindən bıçaqlanaraq qətlə yetirilib

871
Gənc oğlan həmyaşıdı tərəfindən bıçaqlanaraq qətlə yetirilib
Dinləmək üçün basın

İmereti polis əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıblar.

İmereti polis əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində 2006-cı il təvəllüdlü Q.M.-ni Saçxere bələdiyyəsinin kəndlərindən birində soyuq silahla yaralayıb. Yaralı gənc xəstəxanaya çatdırılana qədər dünyasını dəyişib", - qurumun açıqlamasında bildirilir.

Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →