—

Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək

429
Mixail Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
Dinləmək üçün basın

Mixail Saakaşvili tez bir zamanda “Vivamed” klinikasından həbsxanaya köçürüləcək.

Mixail Saakaşvili tez bir zamanda “Vivamed” klinikasından həbsxanaya köçürüləcək.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyb.

“Həkimlər onun səhhətini qiymətləndirirlər. Mixail Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək. Siz bu barədə çox yaxında xəbər tutacaqsınız ki, onun səhhəti kəskin şəkildə yaxşılaşıb. Mən ona cansağlığı arzulayıram", - deyə R.Breqadze bildirib.

Qeyd edək ki, bir müddət öncə Ombudsmanın çağırdığı həkimlər şurası Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı hesabatını bu ilin fevralında təqdim etmişdi. Hesabatda müsbət dinamika qeyd edilib, eyni zamanda vəziyyətin hələ də daimi həkim nəzarəti tələb etdiyi vurğulanıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →