—

Tbilisidə 19 yaşlı gənc yol qəzasında ölüb

386
Tbilisidə 19 yaşlı gənc yol qəzasında ölüb
Dinləmək üçün basın

19 yaşlı Revi Demetraşvili bu gün səhər saatlarında Tbilisinin Kazbeqi prospektində baş verən yol qəzasında həlak olub.

19 yaşlı Revi Demetraşvili bu gün səhər saatlarında Tbilisinin Kazbeqi prospektində baş verən yol qəzasında həlak olub.

InterPress.ge xəbər verir ki, hadisə gənc motosiklet idare edərkən baş verib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu təqib ediblər və ekipaj üzvlərindən biri yüksək sürətlə hərəkət edən motosikletin yolunu kesib, oğlan ekipajın maşını ilə toqquşub, nəticədə o, ölüb. 

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin yol hərəkəti və ya istismar qaydalarını pozma, insan ölümünə səbəb olan 276-cı maddəsinin altıncı hissəsi ilə cinayət işi başlanıb. Patrul ekipajı üzvlərinin həbs edilib-edilmədiyi və ya dindirildiyi məlum deyil.

İndiyədək hadisə yerindən videomaterialı internetə yerləşdirən şahid təcrid olunmuş vəziyyətdə qalır. Adıçəkilən şəxs inzibati qaydada həbs edilib. O, polis əməkdaşını təhqir etməkdə ittiham olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →