—

İcbari əsas təhsil 10 il müddətinə təyin edilir

948
İcbari əsas təhsil 10 il müddətinə təyin edilir
Dinləmək üçün basın

Ümumi təhsil pillələrində dəyişiklik edilir. İcbari baza təhsili 9-cu sinif deyil, 10-cu sinif təhsili ilə müəyyən edilir və şagirdlər 10-cu sinif də daxil olmaqla icbari təhsillə təmin olunacaqlar.

Ümumi təhsil pillələrində dəyişiklik edilir. İcbari baza təhsili 9-cu sinif deyil, 10-cu sinif təhsili ilə müəyyən edilir və şagirdlər 10-cu sinif də daxil olmaqla icbari təhsillə təmin olunacaqlar.

InterPress.ge xəbər verir ki, bu parlamentin növbədənkənar sessiyasında üçüncü oxunuşda təsdiq edilən “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə nəzərdə tutulub.

Qəbul edilmiş qanuna əsasən, Gürcüstanda ümumi təhsilin üç səviyyəsi aşağıdakı kimi müəyyən edilir: - ibtidai (6 illik - I-VI siniflər), əsas (4 illik - VII-X siniflər) və orta (2 illik - XI-XII siniflər).

Sözügedən dəyişikliyə uyğun olaraq, baza səviyyəsi 1 il artırılaraq 4 ilə, üçillik orta təhsil isə 2 ilə endirilir ki, tam ümumi təhsil 12 il qalsın.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibSon xəbərlərə bax →