—

“Lelo”, Ana Dolidze və “Azadlıq Meydanı” seçkilər üçün birləşirlər

348
“Lelo”, Ana Dolidze və “Azadlıq Meydanı” seçkilər üçün birləşirlər
Dinləmək üçün basın

Müxalif "Lelo", "Ana Dolidze - Xalq Üçün" və "Azadlıq Meydanı" hərəkatı seçkidə birgə iştirak edəcək.

Müxalif "Lelo", "Ana Dolidze - Xalq Üçün" və "Azadlıq Meydanı" hərəkatı seçkidə birgə iştirak edəcək.

InterPress.ge xəbər verir ki,  müxalif birliyin təqdimatı Tbilisidə Avropa Meydanında keçirilən tədbirlə baş tutub. 

Təqdimat zamanı "Lelo" partoyasının lideri Mamuka Xazaradze tərəfdaş partiya və ictimai hərəkatı təqdim edib.

"Daha böyük birləşmə olacaq, müxtəlif müxalif partiyalarla danışıqlar aparılır və yaxın gələcəkdə daha geniş şəkildə ictimaiyyət qarşısında çıxış edəcəyik", - deyə Mamuka Xazaradze təqdimatın əvvəlində jurnalistlərə bildirib.

Yeni siyasi mərkəzin liderləri bəyan edirlər ki, bu qüvvələrin birləşməsi siyasi arenada yeni cazibə mərkəzi yaradacaq.

Bununla yanaşı, "Lelo" partiyasının liderləri yeni birliyin təqdimatında qeyd ediblər ki, birliyin qapısı müxtəlif siyasi qüvvələr və aktiv şəxslər üçün açıqdır, çünki 26 oktyabr seçkiləri həlledici və referendum əhəmiyyətli olacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →