—

"Qardabani Təhsil və İnteqrasiya Mərkəzi"ndə uşaqlar üçün maarifləndirici tədbir keçirilib

541
"Qardabani Təhsil və İnteqrasiya Mərkəzi"ndə uşaqlar üçün maarifləndirici tədbir keçirilib
Dinləmək üçün basın

16 iyul tarixində "Parlaq Gələcək Gənclər Mərkəzi" və "SİMART" Sağlam İnkişaf Platformasının birgə təşkilatçılığı ilə "Nağıl gecələri" adlı layihə çərçivəsində "Qardabani Təhsil və İnteqrasiya Mərkəzi"ndə uşaqlar üçün…

16 iyul tarixində "Parlaq Gələcək Gənclər Mərkəzi" və "SİMART" Sağlam İnkişaf Platformasının birgə təşkilatçılığı ilə "Nağıl gecələri" adlı layihə çərçivəsində "Qardabani Təhsil və İnteqrasiya Mərkəzi"ndə uşaqlar üçün maarifləndirici tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbir çərçivəsində "SİMART" Sağlam İnkişaf Platformasının təqdim etdiyi animasiyalardan biri izlənilib.

Bu animasiyalar, uşaqların düş-görərək inkişaf etmələrinə kömək edərək eyni zamanda təlimli mesajlar da verir. Uşaqlar izlədikləri animasiya ilə bağlı əyləncəli və mədəni müzakirələr aparıblar. Bu onların yaradıcılıqlarını ifadə etmələri və düşünmək bacarıqlarını inkişaf etdirmələri üçün geniş imkanlar yaradıb. Mərasim sonunda, hər bir iştirakçıya "İçərişəhərin Sirli Sakini" adlı layihənin ilk kitabı hədiyyə olunub.

Qeyd edək ki, "Parlaq Gələcək Gənclər Mərkəzi" və "SİMART" Sağlam İnkişaf Platforması bu kimi tədbirləri Qardabani şəhəri ilə yanaşı digər şəhər və rayonlarda da keçirməyi planlaşdırır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →