—

Parlament sədri: Gürcüstanda QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin hara xərcləndiyi bilinmir

472
Parlament sədri: Gürcüstanda QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin hara xərcləndiyi bilinmir
Dinləmək üçün basın

Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşməsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, ölkədə QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin necə, hara xərcləndiyi bilinmir. Bir sözlə, QHT-lərin…

Gürcüstanda qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşməsi ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, ölkədə QHT-lərin maliyyələşməsi və ayrılan vəsaitin necə, hara xərcləndiyi bilinmir. Bir sözlə, QHT-lərin fəaliyyətində heç bir şəffaflıq yoxdur.

InterPress.ge xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, 500 qeyri-hökumət təşkilatının 80 faizinin xaricdən aldığı qrantın məbləği bilinmir. Bununla yanaşı, onların 70 faizinin donorunun kim olduğu məlum deyil.

Ş.Papuaşvili deyib ki, QHT-lərin 97 faizi müxtəlif icmaları təmsil etdiklərini deyirlər, lakin il ərzində həmin icmaların xeyrinə gördükləri işlərin hesabatını cəmiyyətə təqdim etmirlər: "Əksər hallarda işçilərin kimlər olduğu, bu qurumun arxasında kimin dayandığı, donorun kimliyi, komandanın kimdən ibarət olduğu ümumiyyətlə bilinmir".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →