—

Batumidə qətl hadisəsi baş verib - bir nəfər saxlanılıb

288
Batumidə qətl hadisəsi baş verib - bir nəfər saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.C. qəsdən…

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.C. qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, cinayət 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə mübahisə zamanı 1997-ci il təvəllüdlü A.C- nı bıçaqla yaralayaraq hadisə yerindən qaçıb.Yaralı tibb müəssisəsinə çatdırılana qədər dünyasını dəyişib.

Polis tərəfindən R.C isti izlərlə təqsirləndirilən şəxs qismində saxlanılıb.

"Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →