—

Gürcüstanın baş nazirinin müavini Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb

252
Gürcüstanın baş nazirinin müavini Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb
Dinləmək üçün basın

Ermənistan Respublikasına səfəri çərçivəsində Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.

Ermənistan Respublikasına səfəri çərçivəsində Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Ermənistan Respublikası arasında mövcud dostluq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər.

“O, Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsində mühüm rolunu qeyd edib. Söhbətdə regional təhlükəsizlik və iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunulub. Ölkələr arasında strateji tərəfdaşlıq haqqında imzalanan bəyannamənin əhəmiyyəti vurğulanıb. Tərəflər iki ölkənin strateji tərəfdaşlığının müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd ediblər.

İrakli Çikovani artıq erməni həmkarı Suren Papikyanla görüş keçirib. Görüşdə Gürcüstan və Ermənistanın müdafiə qurumları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb”, - Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →