—

Bəyan edilməmiş qızıl məmulatlarının ölkəyə gətirilməsi faktlarının qarşısı alınıb

371
Bəyan edilməmiş qızıl məmulatlarının ölkəyə gətirilməsi faktlarının qarşısı alınıb
Dinləmək üçün basın

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp" gömrük-keçid məntəqəsində bəyan edilməmiş qızılın ölkə sərhədindən qanunsuz keçirilməsi ilə bağlı 3 faktın qarşısı alınıb.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp" gömrük-keçid məntəqəsində bəyan edilməmiş qızılın ölkə sərhədindən qanunsuz keçirilməsi ilə bağlı 3 faktın qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

“Gömrükçülər tərəfindən həm fiziki, həm də baqajlara risk profilinə və şübhəyə əsaslanan ətraflı yoxlama nəticəsində bəyan edilməmiş qızıl (ümumi çəkisi: 159,97 qram) mal aşkar edilib.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 22 309,94 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən, qanunu pozan vətəndaşlara sanksiya kimi 22 309,94 lari məbləğində pul cəriməsi təyin edilib”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibSon xəbərlərə bax →