—

Qiqa Bokeriya: İvanişvili rejimi ölkəni təcrid etməkdə və Rusiya təhlükəsi qarşısında tək buraxmaqda davam edir

303
Qiqa Bokeriya: İvanişvili rejimi ölkəni təcrid etməkdə və Rusiya təhlükəsi qarşısında tək buraxmaqda davam edir
Dinləmək üçün basın

İvanişvili rejimi ölkəni təcrid etməkdə və Rusiya təhlükəsi qarşısında tək buraxmaqda davam edir.

İvanişvili rejimi ölkəni təcrid etməkdə və Rusiya təhlükəsi qarşısında tək buraxmaqda davam edir.

InterPress.ge xəbər verir ki, “Avropalı Gürcüstanı” partiyasının sədri Qiqa Bokeriya ABŞ-ın “ləyaqətli tərəfdaşı”  hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salmasına belə cavab münasibət bildirib.

Qiqa Bokeriyanın sözlərinə görə, bu, İvanişvili rejiminin Gürcüstanın milli maraqlarına və təhlükəsizliyinə gətirdiyi fəlakətin daha bir sübutudur.

“Burada təlimlərdən söhbət getmir, təlimlər ölkəmizin milli maraqları üçün həyati əhəmiyyət kəsb edən prosesin tərkib hissəsidir. Biz öz müdafiə imkanlarımızı artırmalıyıq, həm də bizi Rusiya təhlükəsindən qorumaq üçün azad dünya, ilk növbədə ABŞ-la ittifaq və NATO-ya üzvlük lazımdır. Bu rejimin addımları əksinədir, bizi təcrid edir, Rusiya təhlükəsi qarşısında tək qoyur. Müharibə və təhlükənin əsas tərəfi öz xalqı və azad dünya ilə münaqişədə olan və bununla da Gürcüstan üçün böyük təhlükə yaradan İvanişvili rejimidir”, - deyə  Bokeriya bildirib.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →