—

9 yaşlı oğlunu diri-diri yandırmaq istəyən ata həbs edilib

893
9 yaşlı oğlunu diri-diri yandırmaq istəyən ata həbs edilib
Dinləmək üçün basın

Rusiyanın Kursk şəhərində doqquz yaşlı oğlunu diri-diri yandırmağa cəhd edən şəxs həbs edilib.

InterPress.ge xəbər verir ki, Bu barədə yerli media rayon prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, doqquz yaşlı uşaq ehtiyatsızlıqdan bir yaşlı bacısına xəsarət yetirib. Bunu bilən 38 yaşlı sərxoş ata doqquz yaşlı oğlunun bədəninin müxtəlif hissələrinə spirt tərkibli maye tökərək yandırıb.

Kişi azyaşlı uşağı öldürməyə cəhddə və cinayəti ümumi təhlükəli şəkildə törətməkdə ittiham olunur.

Qeyd olunur ki, həkimlər uşağı xilas edə biliblər.

Təcavüzkar atanın əvvəllər məhkumluğu olub və onun himayəsində beş övladı var.

Mənbə: mk.ru

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →