—

Qulinin yas mərasiminə polis basqını - VİDEO

1,417
Qulinin yas mərasiminə polis basqını - VİDEO
Dinləmək üçün basın

Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur azərbaycanlı qanuni oğru, Lotu Quli ləqəbli Nadir Səlifova Moskvada təşkil olunan yas mərasiminə polis basqını olub.

Türkiyənin Antalya şəhərindəki otellərdən birində öldürülən məşhur azərbaycanlı qanuni oğru, Lotu Quli ləqəbli Nadir Səlifova Moskvada təşkil olunan yas mərasiminə polis basqını olub.

InterPress.ge Virtualaz.org-a istinadən xəbər verir ki, KraymTaym (CrimeTime) Yutub kanalında yerləşdirilmiş görüntülərə əsasən yas mərasiminin keçirildiyi və 200-ə yaxın adamın toplaşdığı zala daxil olan xüsusi təyinatlı polislər mərasim iştirakçılarını döşməyə uzadıb. Və onların kimliyini dəqiqləşdirir.

Mərasimə qatılanlardan biri özünü Məmmədov Əjdər Batıxan oğlu kimi təqdim edir, Moskvada bizneslə məşğul olduğunu bildirir. Əvvəlcə deyir ki, ora qardaşı, ötən ilin sentyabrında öldürülmüş Elşənin hüzr məclisinə gəlib. Daha sonra Nadir Səlifovun yasına gəldiyini təsdiqləyir, onun qohumu olduğunu deyir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →