—

Məhkəmə “Rus qanunu”na qarşı keçirilən aksiya zamanı həbs edilən azyaşlıya bəraət verib

273
Məhkəmə “Rus qanunu”na qarşı keçirilən aksiya zamanı həbs edilən azyaşlıya bəraət verib
Dinləmək üçün basın

Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Enukidze mayın 14-də Rus qanunlarına qarşı keçirilən aksiyada həbs edilən azyaşlı Giorgi Melikişvilini günahsız hesab edib.

Tbilisi Şəhər Məhkəməsinin hakimi Nino Enukidze mayın 14-də Rus qanunlarına qarşı keçirilən aksiyada həbs edilən azyaşlı Giorgi Melikişvilini günahsız hesab edib.

InterPress.ge xəbər verir ki, bu barədə "Radio Tavisupleba" məlumat yayıb.

Məlumata görə, azyaşlı iki inzibati xəta - xırda xuliqanlıq və polis əməkdaşına tabe olmamaqda ittiham olunub.

Hakimin qərarına əsasən, xırda xuliqanlıq olmayıb və ona yalnız polis əməkdaşına tabe olmadığına görə şifahi xəbərdarlıq edilib.

Nəşrin məlumatına görə, sözügedən iş üzrə iki şahid: bir polis və bir hadisə şahidi olan jurnalist Rati Mujiri dindirilib.Melikişvilinin müdafiəsində daha 30-a yaxın şahid olub, lakin hakim onların dindirilməsini vacib saymayıb. İşdə polis vətəndaşları həbs etməyə başlayanda azyaşlının foto çəkmək üçün parlament binasının hündür fasadına dırmaşdığını sübut edən foto və video sübutlar da var.

Melikişvili polisin alçaldılması və qeyri-insani rəftarına görə Xüsusi İstintaq Xidmətində iddia qaldırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →