ATƏT Parlament Assambleyasınınqə bul etdiyi qətnamədəki düzəlişlər qərəzlidir və nümayəndə heyəti dövlət maraqlarına xələl gətirdiyi üçün qətnamənin əleyhinə səs verəcək.
InterPress.ge xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyası açıqlama verib.
Partiyanın məlumatına əsasən, qətnaməyə konkret redaksiyanın daxil edilməsi Gürcüstanın ərazi bütövlüyü prinsipinə, ATƏT və ABŞ-ın bəyan etdiyi siyasətə ziddir.
“Gürcü Arzusu”nun yaydığı bəyanatda deyilir ki, Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi ilə bağlı paraqrafa əlavə edilən ifadə məhz Rusiyanın son 16 ildə Cenevrə danışıqlarında nail olmağa çalışdığı şeydir – guya Rusiyanın münaqişə tərəfi olmadığını iddia etməkdir.
.jpg)