—

İstintaq xidməti tərəfindən külli miqdarda qəsdən vergidən yayınma faktı müəyyən edilib

315
İstintaq xidməti tərəfindən külli miqdarda qəsdən vergidən yayınma faktı müəyyən edilib
Dinləmək üçün basın

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bir nəfərə qarşı xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə cinayət…

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bir nəfərə qarşı xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə cinayət təqibi başlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Nazirliyin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədilə vergi qanunvericiliyini pozaraq, idarə etdiyi şirkətin gəlirlərini sistematik olaraq düzgün bəyan etməmiş, hansı yolla olursa olsun, dövlət büdcəsinə aid - 1 499 116 lari məbləğində əsas vergidən yayınmışdır.

“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 218-ci maddəsinin ikinci hissəsi ilə aparılır. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.” – deyə məlumatda qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibSon xəbərlərə bax →