—

Bolnisidə baş vermiş qəzanın təfərrüatları məlub olub – FOTO

1,518
Bolnisidə baş vermiş qəzanın təfərrüatları məlub olub – FOTO
Dinləmək üçün basın

Bu gün səhər saatlarında Bolnisi bələdiyyəsində baş vermiş qəzanın təfərrüatları məlum olub. Belə ki, səhər saatlarında aviasiya komponentinin cəlb olunduğu planlaşdırılmış hərbi təlimlərin birində Müdafiə Qüvvələrinə…

Bu gün səhər saatlarında Bolnisi bələdiyyəsində baş vermiş qəzanın təfərrüatları məlum olub. Belə ki, səhər saatlarında aviasiya komponentinin cəlb olunduğu planlaşdırılmış hərbi təlimlərin birində Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri SU-25 qırıcısı qəzaya uğrayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi Məlumat yayıb.

Məlumata əsasən, Su-25 təyyarəsinin qəzaya uğraması nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub.

"Cari ilin iyulun 2-də aviasiya komponentinin cəlb olunduğu planlaşdırılmış hərbi təlimlərin birində Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb. Su-25 qəzası nəticəsində pilot Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının əməkdaşı Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Qeyd olunan hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq xidmətləri tərəfindən ətraflı araşdırma aparılır.

Müdafiə Nazirliyi faciəvi qəzadan kədərləndiyini bildirir, həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir.” – deyə Nazirliyin məlumatında qeyd olunub.

Qeyd edək ki, səhər saatlarında yerli media tərəfindən Müdafiə Qüvvələrinə məxsus hərbi helikopterin bolnisi bələdiyyəsində qəzaya düşməsi barədə məlumat yayılıb. Aradan bir neçə saat keçdikdən həmən sonra Gürcüstan Müdafiə Nazirliyi baş vermiş qəza ilə bağlı ətraflı məlumat yayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →