—

İormuğanlı kəndində gənc oğlan əli-qolu bağlanaraq fiziki zorakılığa məruz qalıb

706
İormuğanlı kəndində gənc oğlan əli-qolu bağlanaraq fiziki zorakılığa məruz qalıb
Dinləmək üçün basın

Kaxetinin İormuğanlı kəndində gənc oğlan qonşuları tərəfindən fiziki zorakılığa məruz qalıb. InterPress.ge xəbər verir ki, sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb. Yayılan görüntülərdə, zərərçəkənin…

Kaxetinin İormuğanlı kəndində gənc oğlan qonşuları tərəfindən fiziki zorakılığa məruz qalıb.

InterPress.ge xəbər verir ki, sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb. 

Yayılan görüntülərdə, zərərçəkənin əllərinin bağlı olduğu, on nəfərə yaxın şəxsin onu təhqir etdiyi və döydüyü görünür.

Mövcud məlumata görə, 35 yaşlı kişi aldadılaraq evdən çıxarılıb. Təsdiqlənməmiş versiyaya görə, hücumun motivi qısqanclıq olub, döyülən şəxsin yaxınları isə fiziki təzyiqin biznes maraqlarına görə baş verdiyini deyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İormuğanlı kəndində baş vermiş zorakılıq 
faktına görə hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri zorakılıq ittihamı ilə həbs ediblər.

İstintaq Cinayət Məcəlləsinin qrup şəklində zorakılıq törətməni nəzərdə tutan 126-cı maddəsi ilə aparılır.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →