—

Duşetidə qətl hadisəsi baş verib - bir nəfər saxlanılıb

334
Duşetidə qətl hadisəsi baş verib - bir nəfər saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları tərəfindən isti izlərlə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2000-ci il təvəllüdlü A.U. qəsdən adam öldürmə…

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin əməkdaşları tərəfindən isti izlərlə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2000-ci il təvəllüdlü A.U. qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onların məlumatına görə, cinayət 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaqla müəyyən edilib ki, Duşeti bələdiyyəsi ərazisində yerləşən kənd təsərrüfatı bazarının ərazisində təqsirləndirilən A.U. 2 nəfərə fiziki təzyiq göstərərək onlara soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Aldıqları ağır xəsarətlər nəticəsində B.S. tibb müəssisəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra təqsirləndirilən şəxsi saxlayıblar.

Polis cinayət silahını - bıçağı sübut kimi götürüb.

Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →