—

Azərbaycanın XİN rəhbəri: Biz Gürcüstan yığmasının tarixi nailiyyətlərini gördük - gürcü xalqını təbrik etmək istəyirəm

241
Azərbaycanın XİN rəhbəri:  Biz Gürcüstan yığmasının tarixi nailiyyətlərini gördük - gürcü xalqını təbrik etmək istəyirəm
Dinləmək üçün basın

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın futbol yığmasını Avropa çempionatının qrup mərhələsində qazandığı uğurlar münasibətilə təbrik edib. InterPress.ge xəbər verir ki, bu barədə…

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın futbol yığmasını Avropa çempionatının qrup mərhələsində qazandığı uğurlar münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirdikləri görüşdən sonra birgə brifinqdə danışıb.

"Şəxsən mənim və həmkarlarım üçün Gürcüstanda olmaq həmişə xoşdur, lakin düşünürəm ki, bizim səfərimiz çox vacib bir zamana təsadüf edir və bu, bu günlərdə səfərimizi daha da cəlbedici edir. Gürcüstan millisinin tarixi uğurlarını gördük. Tarixi qələbə ondan ibarət idi ki, Gürcüstan millisi ilk dəfədir Avropa çempionatında çıxış edir və bu gün Gürcüstan yığmasının növbəti mərhələyə keçməsini gördük. Çox gözəl oyun izlədik. Bu gün mən Tbilisiyə gələndə hava limanından şəhərə qədər hər yerdə bu ab-hava hiss olunurdu. Sizi və bütün gürcü xalqını təbrik etmək istəyirəm”, - deyə Bayramov bildirib.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →