—

Marneulidə zəncirvari qəza baş verdi - Yeddi avtomobil... (FOTO)

1,419
Marneulidə zəncirvari qəza baş verdi - Yeddi avtomobil... (FOTO)
Dinləmək üçün basın

Marneuli-Bolnisi yolunda zəncirvari qəza baş verib, yeddi avtomobil bir-biri ilə toqquşub.

InterPress.ge-nin məlumatına görə, “Toyota Prius” markalı minik avtomobili dönmə əməliyyatı edərkən qarşıdan gələn “Ford Transit” markalı nəqliyyat vasitəsinin qarşısına çıxıb və yol kənarında dayanmış iki “Mercedes” markalı avtomobilə və üç “Opel” markalı avtomobilə çırpılıb.

Məlumata görə, hadisə nəticəsində yaralanan olmayıb, lakin avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Qəza nəticəsində güclü tıxac yaranıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →