—

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndələri “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə olublar

293
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndələri “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə olublar
Dinləmək üçün basın

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Tuba Özütok Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ni ziyarət edib.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Tuba Özütok Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ni ziyarət edib.

InterPress.ge xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli əməkdaşlıq, dostluq münasibətləri, eləcə də gəncləri düşündürən mövzular, dövlət dilinə maraqlar və s. məsələlər müzakirə edilib.

“Savadlı, bacarıqlı, geniş dünyagörüşünə malik olan gənclər regionun inkişafında mühüm rol oynayacaq. Bunun üçün ana dili ilə yanaşı gürcü dilinin öyrənilməsi də vacibdir. TİKA gənclərə gürcü dilinin öyrənilməsi və Gürcüstan cəmiyyətinə inteqrasiyada dəstək göstərməyə hazırdır. Biz regionlarda fəaliyyət göstərən icmaların fəaliyyətini yüksək qiymətləndiririk. Gələcəkdə mərkəzlərlə qarşılıqlı əməkdaşlıq edərək birlikdə işləmək niyyətindəyik”, - deyə Tuba Özütok bildirib.

TİKA rəsmiləri, həmçinin Bolnisinin Aşağı Güləver kəndində fəaliyyət göstərəcək yeni mərkəzdə hazırlıq işləri ilə də tanış olublar. Qonağa “Xarıbülbül” maketi hədiyyə edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →