—

Baş nazir Gürcüstan hökumətinin yay düşərgəsində qonaq etdiyi ukraynalı uşaqlarla görüşüb

321
Baş nazir Gürcüstan hökumətinin yay düşərgəsində qonaq etdiyi ukraynalı uşaqlarla görüşüb
Dinləmək üçün basın

Gürcüstanın baş naziri İrakli Kobaxidze təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə birlikdə Gürcüstan hökumətinin maliyyə dəstəyi ilə yay düşərgəsində istirahət edən ukraynalı şagirdlərlə görüşüb. Hökumət…

Gürcüstanın baş naziri İrakli Kobaxidze təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari ilə birlikdə Gürcüstan hökumətinin maliyyə dəstəyi ilə yay düşərgəsində istirahət edən ukraynalı şagirdlərlə görüşüb. Hökumət başçısı uşaqlarla söhbət edib, onlara şam yeməyi verib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayır.

Məlumata əsasən, düşərgədə iyunun 15-dən iyulun 19-dək Ukraynadan olan şagirdlər və Milli Qvardiya hərbçilərinin övladlarının iki axını olacaq.

“Birinci mərhələdə düşərgənin qonaqları Xarkov şəhərinin tələbələridir ki, onlar Gürcüstanın baş nazirinə simvolik hədiyyələr verib, gürcü və ukrayna dillərində mahnılar ifa ediblər.

Ukraynalı şagirdlər iki həftə ərzində müxtəlif mədəni-idrak və əyləncə tədbirlərində iştirak edəcəklər. Düşərgənin qonaqları üçün Tbilisi, Bodbe, Qrem və Nekresə ekskursiyalar da təşkil olunacaq.

İyulun 5-dən 19-dək düşərgədə Ukraynanın paytaxtı Kiyevdən gəlmiş Milli Qvardiya hərbçilərinin övladları ikinci axın olacaq”, - deyə məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →