—

Vətəndaşlardan zorla pul tələb edən şəxs saxlanılıb

514
Vətəndaşlardan zorla pul tələb edən şəxs saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi baş idarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq və sağlamlığına qəsdən yüngül…

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi baş idarəsinin əməkdaşları “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq və sağlamlığına qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Q.C. -ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Muxianidə iki vətəndaşdan pul tələb edib və rədd cavabı aldıqdan sonra onlara fiziki təzyiq göstərib və iti əşyadan istifadə edərək sağlamlığına yüngül xəsarət yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisə yerinin yaxınlığında tutublar.

Polis cinayət silahını sübut kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin oğurluq və qəsdən sağlamlığa yüngül xəsarət yetirmə (179 və 120-ci) maddələri əsasında aparılır.

Nazirlikdən verilən məlumata görə, cinayət 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →