—

ABŞ-dakı Rusiya viza mərkəzinin hər iki filialı bağlanacaq

385
ABŞ-dakı Rusiya viza mərkəzinin hər iki filialı bağlanacaq
Dinləmək üçün basın

Amerika administrasiyası Rusiya viza mərkəzinin ABŞ-dakı hər iki filialını bağlayır, həmçinin rusiyalı diplomatları ölkədə vergi ödəməmək imkanından məhrum edir.

Amerika administrasiyası Rusiya viza mərkəzinin ABŞ-dakı hər iki filialını bağlayır, həmçinin rusiyalı diplomatları ölkədə vergi ödəməmək imkanından məhrum edir.

InterPress.ge “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Hər gün bizə qarşı hücumlar edilir və bu gün, cəmi bir saat əvvəl, amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş göndərdilər. İndi də Rusiya diplomatlarının və konsullarının çiyninə əlavə yük düşür. Və dərhal demək istəyirəm ki, biz işləməyə davam edəcəyik. Biz soydaşlarımızı tərk etməyəcəyik.

Biz onlara lazımi hüquqi və konsulluq dəstəyi göstərmək üçün əlimizdən gələni edəcəyik. Vergidən azad olma kartlarımızı da əlimizdən aldılar. Bu kartlar istənilən ölkədə diplomatlara imtiyazlar verir, onlara yaşamağa və yerli xəzinəyə vergi ödəməməyə imkan verir”, - Antonov vurğulayıb.

Onun sözlərinə görə, Amerika tərəfi öz hərəkətlərini heç bir şəkildə izah etməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →