—

İrakli Kobaxidze: “Milli Hərəkat” Ukraynada yaranmış ssenarini Gürcüstanda görmək istəyir

325
İrakli Kobaxidze: “Milli Hərəkat” Ukraynada yaranmış ssenarini Gürcüstanda görmək istəyir
Dinləmək üçün basın

“Mən “Milli Hərəkat”ın nümayəndələrini əmin etmək istəyirəm ki, Gürcüstanda Ukrayna ssenarisi inkişaf etməyəcək və Gürcüstanın ukraynalaşdırılması heç bir halda baş verməyəcək. Bunun qarşısını almaq üçün hər şeyi…

“Mən “Milli Hərəkat”ın nümayəndələrini əmin etmək istəyirəm ki, Gürcüstanda Ukrayna ssenarisi inkişaf etməyəcək və Gürcüstanın ukraynalaşdırılması heç bir halda baş verməyəcək. Bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze Davit Sağvarelidzenin bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib.

Hökumət başçısının sözlərinə görə, “Milli Hərəkat” Ukraynada yaranmış ssenarini Gürcüstanda görmək istəyir.

“Bu konkret bəyanatla bağlı fonu nəzərə alsaq, Sağvarelidzenin nədən danışdığı aydın olur. Hamımız bilirik ki, ümumiyyətlə, Milli Hərəkat dost ölkəmiz Ukraynada təəssüf ki, inkişaf etmiş ssenarini Gürcüstanda görmək istəyir. Mən “Milli Hərəkat”ın nümayəndələrini əmin etmək istəyirəm ki, Gürcüstanda Ukrayna ssenarisi inkişaf etməyəcək və Gürcüstanın ukraynalaşdırılması heç bir halda baş verməyəcək. Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - deyə baş nazir bildirib

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →