—

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutulub

745
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutulub
Dinləmək üçün basın

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 14-ü saat 13:55-də Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən…

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 14-ü saat 13:55-də Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün axşam, bu gün isə səhər saatlarında da Naxçıvan istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →