—

ABŞ G7 sammitində Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək

334
ABŞ G7 sammitində Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək
Dinləmək üçün basın

ABŞ G7 sammitində Rusiyaya qarşı yeni sanksiyalar və ixraca nəzarət tədbirləri elan etməyi planlaşdırır.

InterPress.ge xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyaya Ukraynada müharibə aparmağa kömək edən təşkilat və şəbəkələrə qarşı bir sıra effektiv yeni sanksiyalar və ixrac nəzarəti tətbiq edəcək.

Bundan əlavə, Kirbinin sözlərinə görə, ABŞ G7 sammitində Ukraynanın dondurulmuş Rusiya aktivlərindən istifadəsinə kömək edəcək addımları açıqlayacaq.

"Sammit çərçivəsində ABŞ prezidenti Co Bayden və ukraynalı həmkarı Vladimir Zelenski ikitərəfli görüş keçirəcəklər"- Kirbi bildirib.

Xatırladaq ki, “Böyük Yeddilik”in 50-ci sammiti iyunun 13-15-də İtaliyanın Brindizi şəhərində keçiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →