—

İrakli Qaribaşvilinin ailəsi “TV Pirveli” telekanalını məhkəməyə verir 

521
İrakli Qaribaşvilinin ailəsi “TV Pirveli” telekanalını məhkəməyə verir 
Dinləmək üçün basın

“Gürcü Arzusu”nun sədri və keçmiş baş nazir İrakli Qaribaşvilinin ailəsi məhkəməyə müraciət edərək “TV Pirveli” telekanalında yayımlanan “Nodar Meladze şənbəsi” verlişində “Qaribaşvili Maran” MMC ilə fransalı investorun…

“Gürcü Arzusu”nun sədri və keçmiş baş nazir İrakli Qaribaşvilinin ailəsi məhkəməyə müraciət edərək “TV Pirveli” telekanalında yayımlanan “Nodar Meladze şənbəsi” verlişində “Qaribaşvili Maran” MMC ilə fransalı investorun təsis etdiyi şirkət arasında bağlanmış icarə müqaviləsi haqqında gedən sujetə görə, süjetin böhtan kimi tanınmasını tələb edir.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Qaribaşvili ailəsinin vəkili Amiran Qiquaşvili məlumat verib.

“Bu gün biz Tbilisi şəhər məhkəməsinə iddia qaldıraraq “TV Pirveli” televiziya şirkətinin “Nodar Meladze şənbəsi” verlişində “Qaribaşvili Maran” MMC ilə fransalı investorun təsis etdiyi şirkət arasında bağlanmış icarə müqaviləsi haqqında gedən sujetə görə, süjetin böhtan kimi tanınmasını tələb edirik. “Bu sujet “TV Pirveli” və konkret olaraq “Nodar Meladze Şənbəsi” verilişinin cənab İrakli Qaribaşvili və onun ailəsinə qarşı illərdir həyata keçirdiyi əvvəlcədən planlaşdırılmış böhtan kampaniyasının bariz nümunəsidir”, - deyə vəkil bildirib.  

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →