—

ABŞ uyğurlara qarşı repressiyaları soyqırımı kimi tanımağa hazırlaşır

553
ABŞ uyğurlara qarşı repressiyaları soyqırımı kimi tanımağa hazırlaşır
Dinləmək üçün basın

ABŞ prezidenti Donald Trampın administrasiyası Çindəki uyğur müsəlmanlarına edilən repressiyaları "soyqırımı" adlandırmağı müzakirəyə qoyub.

ABŞ prezidenti Donald Trampın administrasiyası Çindəki uyğur müsəlmanlarına edilən repressiyaları "soyqırımı" adlandırmağı müzakirəyə qoyub.

InterPress.ge “Politico”ya istinadən xəbər verir ki, istifadə olunan terminlərlə bağlı məsələ hazırda Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi və Milli Təhlükəsizlik Şurasının işçi qruplarında müzakirə olunur.

Məlumata görə, Vaşinqtonun Pekini həmçinin bəşəriyyətə qarşı cinayətlərdə və ya etnik təmizləmədə ittiham edə biləcəyi variantı da nəzərdən keçirilir.

Xatırladaq ki, Çində uyğur türklərinə qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılmağa başlayıb. BMT-nin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir.

Rəsmi Pekin uyğurların türk əsilli olmasını şübhə altına almaq üçün aktiv təbliğat aparır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →