—

Tea Çulukiani iqtidar nümayəndələrinə sanksiyaların tətbiqini ABŞ-ın səhvi adlandırıb

260
Tea Çulukiani iqtidar nümayəndələrinə sanksiyaların tətbiqini ABŞ-ın səhvi adlandırıb
Dinləmək üçün basın

ABŞ-ın Gürcüstan rəhbərliyinin məmurlarına sanksiyalar tətbiq etməsi yanlışdır.

ABŞ-ın Gürcüstan rəhbərliyinin məmurlarına sanksiyalar tətbiq etməsi yanlışdır.

InterPress.ge xəbər verir ki, bu sözləri baş nazirin müavini, mədəniyyət və idman naziri Tea Çulukiani “İmedi” telekanalının efirində səsləndirib.

“Bu, ABŞ-nin öz strateji tərəfdaşlarına münasibətdə etdiyi başqa bir səhvdir və yəqin ki, ilk səhv deyil. Biz bir başqa yanlışlara yol veriləcəyinə güman etməliyik”, – o deyib.

Siyasətçi əlavə edib ki, Gürcüstan hökuməti ABŞ üçün problem yaradır. Baş nazirin müavini iddia edib ki, Vaşinqton Tbilisidəki “inqilabı maliyyələşdirir”:

“Əslində, hökumətimiz bəziləri üçün problemdir, ancaq bu hökumət heç vaxt, heç bir sahədə bu strateji tərəfdaşlığa qarşı addım atmayıb. Biz bu strateji tərəfdaşlığa sadiq qalacağıq və dostumuzun, Amerikada olan o qrupların bizimlə mehribancasına danışmağa və inqilabı maliyyələşdirməkdən imtina etməyə qərar verəcəyi günü səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, iyunun 6-da ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller daha onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına viza sanksiyalarının tətbiq edildiyini açıqlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →