—

DİN "Vahid Milli Hərəkat" Partiyasının ofisinə hücumla bağlı cinayət işi qaldırıb

302
DİN "Vahid Milli Hərəkat" Partiyasının ofisinə hücumla bağlı cinayət işi qaldırıb
Dinləmək üçün basın

DİN müxalif "Vahid Milli Hərəkat" Partiyasının Tbilisidəki mərkəzi ofisinə hücumla bağlı istintaqa başlayıb.

DİN müxalif "Vahid Milli Hərəkat" Partiyasının Tbilisidəki mərkəzi ofisinə hücumla bağlı istintaqa başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət işi əmlakın zədələnməsi və ya məhv edilməsi (Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi) maddəsi ilə açılıb. Şübhəlilərin həbsi barədə hələlik məlumat verilmir.

Müxalifət partiyası qaldırılan maddə ilə razılaşmır. Onlar hesab edirlər ki, istintaq sabit silahlı qrup yaratmaq və ya ona rəhbərlik etmə (12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası) və ya qrup şəklində zorakılığın təşkili (7 ilədək həbs) maddəsi ilə davam etdirilməlidir.

Qeyd edək ki, dünən səhər saatlarında "Vahid Milli Hərəkat" partiyasının mərkəzi ofisinə hücum edilib. Hücumda 100-ə yaxın adam iştirak edib. Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, avadanlıqlar ziyan görüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →