—

Tbilisidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

304
Tbilisidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
Dinləmək üçün basın

Mayın 31-də, “Alyans” Gənclər Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Tbilisidəki 64 saylı məktəbin Azərbaycan bölməsinin bayram münasibətilə hazırladıqları şənliyə qatılıb və onlara hədiyyələr təqdim…

Mayın 31-də, “Alyans” Gənclər Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Tbilisidəki 64 saylı məktəbin Azərbaycan bölməsinin bayram münasibətilə hazırladıqları şənliyə qatılıb və onlara hədiyyələr təqdim edib.

InterPress.ge xəbər verir ki, Mərkəzdə təhsil alan uşaqlar, məktəb şagirdləri və valideynlər paytaxtın mənzərəli guşəsi olan “Lisi” parkına gedərək bayram münasibəti ilə hazırladıqları şer və əyləngəli proqramlarını nümayiş ediblər.

Tədbirdə çıxış edən “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova bildirib ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Müasir müstəqil Gürcüstanda məqsədyönlü siyasətin əsas tərkib hissələrindən biri də uşaq hüquqlarının qorunmasıdır. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilir. 

Ümumilikdə 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması uşaqlara beynəlxalq səviyyədə diqqətin bariz nümunəsidir.

Tədbir bədii proqramla davam edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →