—

Avropa Şurasının növbəti iclasında Gürcüstanla bağlı müzakirələr aparılacaq

327
Avropa Şurasının növbəti iclasında Gürcüstanla bağlı müzakirələr aparılacaq
Dinləmək üçün basın

“ Qanunun qəbulu ölkəni Aİ yolundan daha da uzaqlaşdırır... Mən Gürcüstan məsələsini Avropa Şurasının növbəti sessiyasının gündəliyinə əlavə edəcəyəm”.

“Qanunun qəbulu ölkəni Aİ yolundan daha da uzaqlaşdırır... Mən Gürcüstan məsələsini Avropa Şurasının növbəti sessiyasının gündəliyinə əlavə edəcəyəm”.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel X-də yazıb.

“Avropa Şurası dekabrda Gürcüstanın müvafiq addımlar atdığını və lazımi demokratik islahatlar apardığını nəzərə alaraq, Gürcüstana namizəd statusunun qəbulu barədə qərar qəbul edib. 

Parlamentdə şəffaflıq qanununun qəbulu geri addımdır və Gürcüstanı Aİ yolundan daha da uzaqlaşdırır.

Gürcü xalqı açıq şəkildə Aİ-də gələcəyi seçib və biz onların ambisiyalarını dəstəkləmək üçün hər şeyi edəcəyik. 

Bu səbəbdən Gürcüstan məsələsini Avropa Şurasının növbəti sessiyasının gündəliyinə əlavə edəcəyəm”, - Mişel yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →