—

Azərbaycanın Müstəqillik Günü Gürcüstanda qeyd olunur

636
Azərbaycanın Müstəqillik Günü Gürcüstanda qeyd olunur
Dinləmək üçün basın

Azərbaycan Respublikasının Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.

Azərbaycan Respublikasının Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.

InterPress.ge xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilati dəstəyi ilə paytaxt Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində 28 May - Müstəqillik Günü ilə əlaqədar bayram tədbirləri təşkil olunub.

Mayın 28-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, şirkətin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər Tbilisidə Heydər Əliyevin adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderin abidəsinin önünə əklil qoyub, gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları sonra şəhərin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar.

MƏNBƏ - REPORT.AZ

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →