—

Rustavidə uşaqlar üçün yeni Azərbaycan dilli kitabxana fəaliyyətə başlayıb

711
Rustavidə uşaqlar üçün yeni Azərbaycan dilli kitabxana fəaliyyətə başlayıb
Dinləmək üçün basın

Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzində, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Mərkəzdə yeni açılmış uşaq kitabxanasına Azərbaycan uşaq ədəbiyyatı, uşaq ensiklopediyyası, dünya…

Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzində, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Mərkəzdə yeni açılmış uşaq kitabxanasına Azərbaycan uşaq ədəbiyyatı, uşaq ensiklopediyyası, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunmuş nümunələri hədiyyə olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzin direktoru Raida Dərziyeva Rustavi şəhərində Azərbaycan dilində uşaq ədəbiyyatına böyük ehtiyac duyulduğunu söyləyib.

“Düşünürəm ki, komitə tərəfindən bizə hədiyyə olunan kitablar mərkəzimizə daha çox sayıda uşaqların cəlb olunmasına öz töhvəsini verəcək. Bundan əlavə biz Azərbaycan uşaq ədəbiyyatı ilə yanaşı, gürcü dilindədə uşaq ədəbiyyatının əldə olunması üçün yerli şəhər meryasına məktubla müraciət etmək niyyətindəyik. Fürsətdən istifadə edib, Rustavi şəhəri və ətraf kəndlərdə yaşayan məktəb şagirdlərinin bizim kitabxanada mövcud olan kitablardan istifadə etməyə dəvət edirik. Təbiki kitabların siyahisi xüsusi tərtib olunmuş qaydada istifadəçilərin ixtiyarına veriləcək” – deyə mərkəzin direktoru bildirib.

Diasporla İş Üzrə Dövlət komitəsinin nümayəndəsi Sabit Məmmədov, komitə tərəfindən daim Gürcüstanda yaşayan soydaşlarımıza göstərilən diqqət və qaygıdan söhbət açmış və bu cür ənənələrin gələcəkdədə mütəmadi olaraq davam etdiriləcəyini nəzərə çatdırıb.

Sabiq deputat Mahir Dərziyev öz şəxsi kitabxanasından yeni açılmış bu Azərbaycan ocağına 100 ədəd Azərbaycan dilində kitabları hədiyyə edəcəyini bildirib.

Qeyd edək ki, Komitənin dəstəyi ilə Rustavi şəhərində fəaliyyətə başlayan Uşaq kitabxanası gənç nəslin intelektual səviyyəsinin yüksəlməsinə və doğma dilində mütaaliyə etməsinə sövq edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiİsmayıl Abramişvili

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →