—

Tbilisidə keçirilən şahmat üzrə dərəcə yarışlarında soydaşlarımız uğur qazanıblar

281
Tbilisidə keçirilən şahmat üzrə dərəcə yarışlarında soydaşlarımız uğur qazanıblar
Dinləmək üçün basın

Tbilisi şəhərində keçirilən Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışlarında "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin şahmat klubunun üzvləri Renat Əsgərov və Rəvan Mamedov 5-ci dərəcədə uğurla çıxış…

Tbilisi şəhərində keçirilən Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışlarında "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin şahmat klubunun üzvləri Renat Əsgərov və Rəvan Mamedov 5-ci dərəcədə uğurla çıxış ediblər.

InterPress.ge-nin xəbərinə görə, Renat Əsgərov 5-ci dərəcə oyunlarının 2-ci mərhələsində 5,5 bal toplayaraq 4-cü dərəcədə oynamağa haqq qazanıb. Rəvan Mamedov isə ilk dəfə qatıldığı 5-ci dərəcə oyunlarının 1-ci mərhələsini uğurla başa vuraraq 2-ci mərhələyə adlayıb.

Gənc şahmatçıları yarışlara Mərkəzin şahmat klubunun müəllimi Emil Allahverdiyev hazırlayıb.

Qeyd edək ki, GAİM-də 2023-cü ilin may ayından etibarən fəaliyyət göstərən “Şahmat klubu”nda hal-hazırda 14 nəfər şagird tədris alır. Dərslər həftənin 3 günü şahmatçı Emil Allahverdiyev tərəfindən keçirilir. Yarandığı gündən ötən müddət ərzində klubun şagirdləri Gürcüstan Şahmat Federasiyası tərəfindən təşkil olunan dərəcə yarışlarında bir neçə dəfə iştirak edərək uğurlu nəticələr göstəriblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →