—

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin bir qrup üzvü Bolnisi muzeyini ziyarət ediblər

379
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin bir qrup üzvü Bolnisi muzeyini ziyarət ediblər
Dinləmək üçün basın

18 may “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin bir qrup üzvü Bolnisi muzeyini ziyarət ediblər.

18 may “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Bolnisi rayonunda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin bir qrup üzvü Bolnisi muzeyini ziyarət ediblər. 

InterPress.ge xəbər verir ki, muzeyin bələdçisi Mərkəzin gənc üzvlərinə qədim, tarixi dövrü və hadisələri əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.

Muzeydə sərgilənən qədim müsəlman qəbir daşları, Borçalı xalçaları, 17-ci əsrə məxsus olan, azərbaycanlıların “Sazandalar” musiqi qrupuna məxsus çalğı alətləri - saz, kamança, tar, nağara, qaval və qoşanağara gənclərin marağına səbəb olub. Bu da etnik azərbaycanlıların Borçalı mahalında, qədim bir xalq olduğunun baris nümunəsini əks etdirir.

Muzeydə sərgilənən hər bir eksponat, insan məzarlarının qalıqları, qədim insanların yaşam şəraitini əks etdirən, ov üçün istifadə etdikləri silahların sərgilənməsi gənclərdə xüsusi maraq oyadıb.

Daha sonra bələdçi Muşevani (Dəllər) kənd kilsəsindən tapılan qalıqlar haqqında gənclərə məlumat verib.

Gənclər, həmçinin muzeydə Bolnisi rayonunun tarixini əks etdirən xüsusi guşə ilə də yaxından tanış olublar.

Bolnisi rayonunun ilk adının rus imperatoru 1-ci Aleksandrın bacısı Yekaterinanın şərəfinə Yekaterinburq olduğu, daha sonra rayonda məskunlaşan almanların xahişi ilə alman qızı Roza Lüksemburqun şərəfinə Lüksemburq adlandırılması, "Böyük Vətən" müharibəsi illərində isə rayonda yaşayan almanların Uzaq Sibirə sürgün edilməsinin ardınca, rayona Bolnisi adının verilməsi gənclərin nəzərinə çatdırılıb.


 


 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →