—

Polis Senakidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb

413
Polis Senakidə baş vermiş qətl  hadisəsi ilə bağlı bir nəfəri saxlayıb
Dinləmək üçün basın

Sameqrelo polisi Senakidə baş verən qəsdən adam öldürmə hadisəsi ilə bağlı bir nəfəri saxlayıb.

Sameqrelo polisi Senakidə baş verən qəsdən adam öldürmə hadisəsi ilə bağlı bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin əməkdaşları isti izlərlə keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 2003-cü il təvəllüdlü L.S.-ni qəsdən adam öldürmədə təqsirli biliblər.

Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

“İstintaqla müəyyən edilib ki, Senaki bələdiyyəsində keçmişdə baş vermiş münaqişə zəminində 1998-ci il təvəllüdlü T.G. və dostu arasında mübahisə yaranıb, nəticədə təqsirləndirilən şəxs T.G.-yə xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralanmış T.G. tibb müəssisəsində dünyasını dəyişib. Hadisə nəticəsində bir neçə nəfər də yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən L.S.hadisədən bir neçə saat sonra həbs edilib. O, törətdiyi cinayəti etiraf edib.
Cinayət törətməkdə təqsirləndirilən digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
"Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə cinayət işi açılıb", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →