—

Baş nazir Türkiyə Prezidentini Gürcüstana dəvət etdi

251
Baş nazir Türkiyə Prezidentini Gürcüstana dəvət etdi
Dinləmək üçün basın

“Mən prezident Ərdoğandan Gürcüstana gəlməsini xahiş etdim”

“Mən prezident Ərdoğandan Gürcüstana gəlməsini xahiş etdim” 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə deyib.

 "Həm üzbəüz, həm də geniş tərkibdə görüşlər zamanı biz Gürcüstan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin fəal gündəliyini müzakirə etdik, mühüm regional məsələlər ətrafında fikir mübadiləsi apardıq və gələcək əməkdaşlıq perspektivlərini müəyyən etdik", - deyə İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, görüşdəki söhbətdə ən yüksək səviyyəli görüşlərin dinamikasının qorunub saxlanmasına toxunulub.

“Mən şəxsən prezident Ərdoğandan Gürcüstana gəlməsini xahiş etdim. Ümid edirəm ki, Gürcüstana bu rəsmi səfər tezliklə baş tutacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →