—

İrakli Kobaxidze Türkiyə Respublikasına rəsmi səfərə gedib

379
İrakli Kobaxidze Türkiyə Respublikasına rəsmi səfərə gedib
Dinləmək üçün basın

Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasına rəsmi səfərə gedib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasına rəsmi səfərə gedib.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb

Məlumata görə Gürcüstan hökumətinin başçısının rəsmi qarşılanma mərasimi Türkiyə prezidentinin sarayında keçiriləcək. İrakli Kobaxidzeni Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.

Üzbəüz və geniş tərkibdə görüşlər olacaq, bundan sonra iki ölkə liderləri mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

 Gürcüstanın baş naziri İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətində baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, baş nazirin müavini, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İliya Darçiaşvili, təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari, işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladze, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianinin olduğu bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →