—

“Biz müzakirəyə hazır olduğumuzu bildiririk, lakin Salome Zurabişvilinin destruktiv mövqeyi olsa, bu proses mürəkkəbləşəcək” - Kobaxidze

372
“Biz müzakirəyə hazır olduğumuzu bildiririk, lakin Salome Zurabişvilinin destruktiv mövqeyi olsa, bu proses mürəkkəbləşəcək” - Kobaxidze
Dinləmək üçün basın

“Bizim tərəfdən dəyişiklik planlaşdırıla bilməz, çünki bu qanun sabah üçüncü oxunuşda qəbul olunacaq və üçüncü oxunuşda heç bir əsaslı dəyişiklik edilə bilməz, lakin biz veto çərçivəsində müzakirələrə açıq olduğumuzu…

“Bizim tərəfdən dəyişiklik planlaşdırıla bilməz, çünki bu qanun sabah üçüncü oxunuşda qəbul olunacaq və üçüncü oxunuşda heç bir əsaslı dəyişiklik edilə bilməz, lakin biz veto çərçivəsində müzakirələrə açıq olduğumuzu bildirmişik”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze  brifinqdə bildirib.

Baş nazirin sözlərinə görə, hakim komanda müzakirələrə hazırdır.

“Düzdür, Salome Zurabişvili qeyri-konstruktiv bəyanat verdi, amma mən onu əvvəlki kimi hərəkət etməyə çağırmaq istərdim. O, heç vaxt öz veto sənədlərini yazmayıb, onlar "NGO" tərəfindən və ya kənardan yazılıb. Ona görə də mümkündür ki, bu alətdən indi də istifadə olunsun və Salome Zurabişvili nə hökumətə, nə də beynəlxalq tərəfdaşlara imkan verməsə, bu, onun məsuliyyəti olacaq. Mayın 14-dən mayın 28-dək iki həftə var və bu müddət ərzində mövqelər uzlaşdırıla bilər, sonra isə bu mövqelər veto qanun layihəsində əks oluna bilər. Lakin Salome Zurabişvilinin dağıdıcı mövqeyi varsa, bu proses mürəkkəbləşəcək. Biz müzakirəyə hazır olduğumuzu bildiririk”, - Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →