—

Hüquq Məsələləri Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib

290
Hüquq Məsələləri Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib
Dinləmək üçün basın

Hüquq Məsələləri Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib. InterPress.ge xəbər verir ki, komitənin sədri Anri Oxanaşvili iclasın əvvəlində qeyd edib ki, deputatların bu…

Hüquq Məsələləri Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib.

InterPress.ge xəbər verir ki, komitənin sədri Anri Oxanaşvili iclasın əvvəlində qeyd edib ki,  deputatların bu gün üçüncü oxunuş çərçivəsində qanun layihəsində yalnız redaksiya xarakterli çıxışlar etmək imkanı olub.

Komitənin iclasında iştirak edən deputatların qanun layihəsi ilə bağlı sualları, iradları və ya rəyləri olmayıb və onlar layihəni dəstəkləyiblər. Buna görə də sessiya başlayandan təxminən bir dəqiqə yarım sonra başa çatdı.

Məlumat üçün bildirək ki, komitənin iclası Milli Məclisdə davam edən aksiya fonunda keçirilib.

Çoxluğun üzvləri parlamentə Çitadze küçəsindən gətirilib. “Gürcü arzusu” və “Xalq hakimiyyəti”nin deputatları mitinq iştirakçılarının onları “qul”, “rus” adlandıran qışqırıqları fonunda qanunverici orqana daxil olmalı olublar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →