—

Pavel Herçinskii "xarici şəffaflıq haqqında" qanun layihəsi ilə bağlı: Gürcüstan parlamenti bu qanun layihəsini indiki formada qəbul edərsə, bu, Gürcüstanın Aİ-yə daxil olması yolunda ciddi maneə yaradacaq

276
Pavel Herçinskii "xarici şəffaflıq haqqında" qanun layihəsi ilə bağlı:  Gürcüstan parlamenti bu qanun layihəsini indiki formada qəbul edərsə, bu, Gürcüstanın Aİ-yə daxil olması yolunda ciddi maneə yaradacaq
Dinləmək üçün basın

"İcazə verin, Avropa İttifaqı liderlərinin, Avropa İttifaqı institutlarının nümayəndələrinin dəfələrlə dediklərini təkrar edim: Gürcüstan parlamenti bu qanun layihəsini indiki formada qəbul edərsə, bu, Gürcüstanın…

"İcazə verin, Avropa İttifaqı liderlərinin, Avropa İttifaqı institutlarının nümayəndələrinin dəfələrlə dediklərini təkrar edim: Gürcüstan parlamenti bu qanun layihəsini indiki formada qəbul edərsə, bu, Gürcüstanın Avropa İttifaqına daxil olması yolunda ciddi maneə yaradacaq."

InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

 Onun sözlərinə görə, bu qanun hazırkı formada bizim, Avropa İttifaqının 27 üzv dövlətinin paylaşdığı norma və dəyərlərlə bir araya sığmır.

“Ümid edirəm ki, bu qanunun Gürcüstan parlamenti tərəfindən qəbul edilməsinin qarşısını almaq üçün bir yol tapılacaq”. Üçüncü dinləmə gələn həftəyə təyin edilib. Ümid edirik ki, qanun layihəsini geri çağırmaq üçün hələ də imkan var və bu baş verməsə, bu qanunun indiki formada qəbul edilməsinin qarşısını almaq üçün bütün prosessual imkanlardan istifadə edilməlidir. “Təəssüf ki, qanun qəbul olunarsa, Aİ-yə üzv dövlətlərin mənfi reaksiya bildirməkdən başqa çarəsi qalmayacaq”, - deyə səfir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →