—

Kaladze: “Bu gün Gürcüstanda nə Şevardnadzenin dövründəki, nə də Saakaşvilinin dövründəki hakimiyyət yoxdur”

293
Kaladze: “Bu gün Gürcüstanda nə Şevardnadzenin dövründəki, nə də Saakaşvilinin dövründəki hakimiyyət yoxdur”
Dinləmək üçün basın

“ Gürcüstanda elə olmayacaq ki, ölkənin taleyini əhali yox, konkret xarici qüvvələr həll etsin. Yenə deyirəm, bu gün Gürcüstanda nə Şevardnadzenin dövründəki, nə də Saakaşvilinin dövründəki hakimiyyət yoxdur”.

“Gürcüstanda elə olmayacaq ki, ölkənin taleyini əhali yox, konkret xarici qüvvələr həll etsin. Yenə deyirəm, bu gün Gürcüstanda nə Şevardnadzenin dövründəki, nə də Saakaşvilinin dövründəki hakimiyyət yoxdur”.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze videomüraciətində bildirib.

“Şəffaflıq tələbi Avropaya inteqrasiya prosesinə necə maneə ola bilər? Bütün bunlar cavabsız qalır. Ancaq cavab çox sadədir - ölkə seçkilərə getməməli və ölkənin taleyini əhali deyil, konkret xarici qüvvələr həll etməlidir. Bu, bizim ölkədə ola bilməz və olmamalıdır. Rəngli inqilabların müəllifləri hazırlıqlarına bu gün və ya dünən başlamadılar. Ukrayna hadisələri fonunda Gürcüstana rüsumsuz yük kimi gətirilən Saakaşvilinin inqilab ideoloqları tərəfindən yaxından izlənildiyi və müxtəlif adlar altında təlimlərə başladıqlarını xatırlayırıq, məqsədləri isə inqilab təşkil etmək idi”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →