—

Güclü yağış Batumi şəhərini su altında qoydu - FOTO

2,245
Güclü yağış Batumi şəhərini su altında qoydu - FOTO
Dinləmək üçün basın

Güclü yağış səbəbindən Batumidə bir neçə küçə su altında qalıb. InterPress . ge xəbər verir ki, "Batumi Su" şirkətindən verilən məlumata görə, problemlər Ximşiaşvili, Lermontov, Şavşeti, Qriboedov və Çavçavadze…

Güclü yağış səbəbindən Batumidə bir neçə küçə su altında qalıb.

InterPress.ge xəbər verir ki, "Batumi Su" şirkətindən verilən məlumata görə, problemlər Ximşiaşvili, Lermontov, Şavşeti, Qriboedov və Çavçavadze küçələrində yaranıb.

Eyni zamanda Batumi şəhər meriyasından verilən məlumata görə, meriyanın bütün xidmətləri təcili rejimdə işləyir. Batumi Su xüsusi texnikası və drenaj şəbəkəsinin qrupları səfərbər olunub.

Nasos işləri gecə boyu intensiv aparılıb. İşlər hələ davam edir. Suyunun axınını təmin etmək üçün dənizə axan kanallar intensiv təmizlənir.

"Batumi Tskali" şirkəti bildirir ki, drenaj kanalları əvvəlcədən təmizlənmişdi, ancaq o qədər yağış yağdı ki, quyuları işə salmaq mümkün olmadı. Hazırda Batumi su xüsusi texnikası, drenaj şəbəkəsi qrupları səfərbər olunur və hazırda işlər davam etdirilir.

"Quyulardakı yığılan zibili təmizləyəcəyik ki, keçid baxımından problem yaratmasın. Problemi olan ərazilərdə 24 saat səfərbər olan qruplarımız olacaq" - deyə şirkətdən bildirilir.

Qeyd edək ki, Batumidə iki gündür güclü yağış yağır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →