—

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb

349
Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
Dinləmək üçün basın

Tbilisidə "Xarici agentlər haqqında” qanuna etiraz olaraq keçirilən aksiyada xəsarət alan 8 etirazçı bu gün xəstəxanaya yerləşdirilib.

 Tbilisidə "Xarici agentlər haqqında” qanuna etiraz olaraq keçirilən aksiyada xəsarət alan 8 etirazçı bu gün xəstəxanaya yerləşdirilib.

InterPress.ge"Report"un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, onlar müxtəlif xəsarətlər alıblar, vəziyyətləri qənaətbəxşdir. Yaralıların bədənlərinin müxtəlif nahiyələrində yaralar, həmçinin intoksikasiya və tənəffüs yollarının zədələnmələri var. Zərərçəkənlərdən biri artıq evə buraxılıb.

Həmçinin qeyd olunur ki, Rustaveli prospektində 20 təcili yardım briqadası cəlb olunub, həkimlər onlarla vətəndaşa, o cümlədən bir hüquq-mühafizə orqanının əməkdaşına yerindəcə tibbi yardım göstəriblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →