—

Etiraz aksiyası bu gün Tbilisinin müxtəlif küçələrində davam edəcək

249
Etiraz aksiyası bu gün Tbilisinin müxtəlif küçələrində davam edəcək
Dinləmək üçün basın

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı mitinq iştirakçıları Tbilisi küçələrində etiraz aksiyalarını davam etdirəcəklər.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı mitinq iştirakçıları Tbilisi küçələrində etiraz aksiyalarını davam etdirəcəklər.

InterPress.ge xəbər verir ki, birinci axın Birinci Gimnaziyadan, ikinci axın isə Tələbə Gənclər Sarayından başlayacaq.

Məlumata görə, Tbilisi küçələrində qeyri-zorakılıq hərəkatı başlayacaq.

"Bunlar gənclərimizi böyüdən iki mərkəzdir, biz gələcəyimizi qorumaq üçün bu mərkəzdə toplaşırıq”, - deyə Rati Amağlobeli bildirib.

Hazırda İnqoroğva küçəsinə doğru hərəkət edən etiraz qruplarından birinə Rati Amağlobeli və Eka Kvesitadze rəhbərlik edir.

Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda səsə qoyub və 23 əleyhinə 83 səslə dəstəkləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →