—

Bidzina İvanişvili: Gürcüstanı gürcü xalqının seçdiyi hökumət idarə etməlidir

569
Bidzina İvanişvili: Gürcüstanı gürcü xalqının seçdiyi hökumət idarə etməlidir
Dinləmək üçün basın

Gürcüstanı gürcü xalqının seçdiyi hökumət idarə etməlidir.

Gürcüstanı gürcü xalqının seçdiyi hökumət idarə etməlidir.

InterPress.ge xəbər verir ki, bunu Rustaveli prospektində ictimai toplantıda çıxışı zamanı “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili bildirib.

Bidzina İvanişvilinin qeyd etdiyinə görə, Gürcüstan 33 il əvvəl müstəqilliyini bərpa edib, lakin Merab Kostavanın nəsihətini hər addımda xatırlamalıyıq.

"Azadlıqsevər xalqımızın layiqli övladlarını salamlayıram. Hamınızı "Bzoba" münasibətilə təbrik edirəm və əvvəlcədən gözəl Pasxa bayramı arzulayıram. Gürcüstan 33 il əvvəl dövlət müstəqilliyini bərpa edib. Lakin milli hərəkatın lideri Merab Kostava bizə xəbərdarlıq edib: "Unutmayın, siz Gürcüstanın azad olacağı vaxtda olacaqsınız, amma bilin ki, o zaman müstəqil ölkədə azadlıq uğrunda mübarizəni dayandırsanız, siz və ölkə bu azadlığı itirəcəksiniz”. Merab Kostavanın bu nəsihəti hər addımda yaxşı xatırlanmalıdır. Gürcüstanı gürcü xalqının seçdiyi hökumət idarə etməlidir”, - Bidzina İvanişvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →