—

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir

515
Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
Dinləmək üçün basın

Aprelin 30-da hakim Maya Şoşişvilinin əri tərəfindən qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmü açıqlayacağı gözlənilir.

Aprelin 30-da hakim Maya Şoşişvilinin əri tərəfindən qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmü açıqlayacağı gözlənilir.

InterPress.ge-nin xəbərinə görə, bu gün Rustavi Şəhər Məhkəməsində növbəti məhkəmə iclası keçirilib.

İşin prokuroru Xatia Qoqriçianinin sözlərinə görə, dövlət ittihamçısı yekun nitqində diqqəti ona yönəldib ki, əldə edilmiş aydın və inandırıcı sübutlar məhbusların günahını açıq şəkildə təsdiq edir.

Ananın vəkili deyir ki, Yeganə Məhərrəmova qardaşı tərəfindən təhdid və məcburiyyətin qurbanı olub, ona görə də cinayət məsuliyyətinə cəlb edilməməlidir.

Xatırladaq ki, Saqareco bələdiyyəsinin Lambəli kəndində 14 yaşlı Aytac Şahmarova bir neçə ay əvvəl əri tərəfindən öldürülüb.

14 yaşlı azyaşlının işində uşağın anası və dayısı saxlanılıb və onlar ərə getməyə məcbur etmək və cinayət barədə məlumat verməməkdə ittiham olunur. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →